"İnter"in hücumçusu AZAL-da

00:10 - 2 İyul 2016

"Təyyarəçilər"də yeni forvard
 
Növbəti mövsümün hazırlıqlarını davam etdirən AZAL komandaya yeni futbolçu dəvət edib. 
 
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Tərlan Əhmədov "İnter"in hücumçusu İlkin Sadıqovu komandaya çağırıb.
 
Milli komandamızın da qapısını qorumuş Nizami Sadıqovun oğlu olan İlkin artıq AZAL-ın məşqlərində çıxışına başlayıb.

Xəbər xətti