Paytaxt klubu norveçli futbolçu ilə bağlı qərar verdi

13:58 - 4 İyul 2016

Maliyyə məsələsində razılıq əldə olunmadı
 
Norveçli futbolçu Vilyar Nordberqin AZAL-da baxışda olması ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq. 
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, 24 yaşlı yarımmüdafiəçinin "təyyarəçilər”ə keçidi baş tutmayıb. Əldə etdiyimiz məlumata görə, tərəflər arasında maliyyə məsələlərində razılıq əldə olunmayıb. 
 
Qeyd edək ki, Nordberqin son klubu "Yunkeren” olmuşdu.

Xəbər xətti