AZAL-ın 3 rəqibi bəlli oldu

17:16 - 4 İyul 2016

"Şuşa Qarabağ", "İnter" və "Zirə" ilə qarşılaşacaq

 

Yeni mövsüm üçün hazırlıqlarını davam etdirən paytaxtın AZAL komandası yoxlama görüşündə qüvvəsini sınayacaq. 
 
Sportal.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov komandasının hazırkı gücünü 3 yoxlama oyununda sınayacaq ki, artıq rəqiblərin adı bəlli olub. 
 
"Təyyarəçilər” ardıcıl olaraq "Şuşa Qarabağ”, "İnter” və "Zirə” komandaları ilə qarşılaşacaq. Şuşa təmsilçisi ilə oyun sabah saat 18:00-da "AZAL Arena”da reallaşacaq. "İnter”lə qarşılaşma iyulun 8-də, "Zirə” ilə qarşılaşma isə ayın 14-də baş tutacaq. Hər iki oyun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda baş tutacaq.

Xəbər xətti