"Zirə" AZAL-la sülh bağladı

18:42 - 15 İyul 2016

Hazırlıq matçı

 

“Zirə” növbəti mövsümə hazırlıq mərhələsində 3-cü yoxlama oyununu keçirib.
 
Sportal.az xəbər verir ki, "qartallar" AZAL-la üz-üzə gəlib. ADBTİA-nın stadionunda keçirilən oyunda hesabı zirəlilər açıb. Yasin Həmid Fərqləndi. Bundan sonra rəqib iki qol vuraraq hesabda irəli çıxdı. Oyunun sonlarında isə Vüsal İskəndərli bərabərlik qoluna imza atdı – 2-2.
 
Bununla da, “Zirə” hazırlığın ilk mərhələsini başa vurdu. Adil Şükürovun yetirmələri sabah təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşəcək. İyulun 30-dək davam edəcək hazırlıq çərçivəsində “qartallar”ın daha üç yoxlama oyununda qüvvəsini sınaması planlaşdırılır.

Xəbər xətti