Ruslan Əmircanovun yeni klubu müəyyənləşdi

15:07 - 17 İyul 2016

6 aylıq müqavilə imzalayacaq
 
"İnter"dən ayrılan Ruslan Əmircanovun yeni iş yeri müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, 31 yaşlı müdafiəçi karyerasını yenə Bakı klubunda davam etdirəcək. Belə ki, Ruslan AZAL-la anlaşma əldə edib. Futbolçu artıq baş məşqçi Tərlan Əhmədovun rəhbərliyi altında məşqlərə başlayıb. Onun 6 aylıq müqaviləyə imza atacağı deyilir.
 
Qeyd edək ki, Ruslan qış fasiləsində "Qəbələ"dən keçdiyi "İnter"in heyətində 20 rəsmi oyuna çıxıb. Əvvəllər "Ümid" (Bakı), "Ədliyyə", "Standard", "Neftçi" və "Qəbələ"nin formasını geyinən müdafiəçi əsas millimizin üzvü olub.
 
Əlavə edək ki, Ruslan Əmircanovun AZAL-a keçidi haqda ilk məlumatı aut.az saytı yayıb.

Xəbər xətti