"Zirə"də planlar dəyişdi

11:21 - 20 İyul 2016

"Zirə" yoxlama matçı da keçirdi
 
İyul ayının 15-də Türkiyədə baş verən məlum hadisələrlə bağlı “Zirə”nin qardaş ölkədə planlaşdırılan təlim-məşq toplantısına yollana bilmədiyi haqda xəbər vermişdik. Türkiyədəki vəziyyəti nəzərə alan klub rəhbərliyi hazırlığın Bakıda davam etdirilməsini qərara almışdı. Ancaq qardaş ölkədə hadisələrin səngiməsi, yoxlama oyunları və hazırlıq üçün hava şəraiti baxımından daha əlverişli olan Bolu variantını yenidən gündəmə gətirdi.
 
Sportal.az xəbər verir ki, baş məşqçi Adil Şükürovun istəyi ilə komanda bu gün səhər qardaş ölkəyə yola düşüb. “Qartallar” Bolu toplantısı zamanı iki yoxlama oyununda qüvvəsini sınayacaq. Təlim-məşq toplanışı iyulun 30-dək davam edəcək. 
 
“Zirə” səfərə çıxmamış daha bir yoxlama oyununda qüvvəsini sınadı. Baş məşqçi Adil Şükürov futbolçuları komandamızın əvəzedici heyəti ilə oyunda yoxladı. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşma qolsuz bərabərliklə başa çatdı.

Xəbər xətti