"Zirə" Türkiyə klubunu məğlub etdi

02:08 - 26 İyul 2016

Yoxlama matçı
 
Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" ilk yoxlama görüşünü keçirib.
 
Sportal.az xəbər verir ki, Adil Şükürovun komandası Türkiyə PTT 1-ci liqasında mübarizə aparan “Qaziantep BB” klubu ilə qarşılaşıb.  Oyun "Zirə"nin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
 
"Zirə" 1 - 0 "Qaziantep BB"
QOL: Elvin Məmmədov, 40
 
Qeyd edək ki, "Zirə" iyulun 29-da "Göztəpə" ilə üz-üzə gələcək.

Xəbər xətti