Adil Şükürov: "Bu mövsüm əvvəlkilərdən daha gərgin olacaq"

17:04 - 26 İyul 2016

"Bizi çox çətin bir mübarizə gözləyir"

 

"Düzü, ilk turda hansı komanda ilə qarşılaşacağımızın böyük fərqi yox idi. Premyer Liqadakı komandaların hər biri ilə qarşılaşmaq çətindir". 
 
Sportal.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Adil Şükürov klubun rəsmi saytına açıqlamasında deyib. 
 
Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünün püşkünü dəyərləndirən Adil Şükürov yeni mövsümün əvvəlkilərlə müqayisədə daha gərgin keçəcəyini bildirib: 
 
"Düşünürəm ki, bu mövsüm əvvəlkilərdən daha gərgin olacaq. Komandaların sayı azalsa da, son mövsümü ilk "8"likdə bitirənlərdir. Biz bu komandaların bir-birinə qarşı necə oynadığını gördük. “Sumqayıt”ın “Qarabağ”ı məğlub etməsi, “İnter”dən səfərdə xal almasını, bizim “Qəbələ” və “İnter” kimi rəqiblərlə oyunlarımızı nümunə kimi göstərə bilərik. Ötən mövsüm belə qarşılaşmalar çox oldu və qarşıdakı çempionatda daha çox olacağı şübhəsizdir. Bizi çox çətin bir mübarizə gözləyir”. 
 
Qeyd edək ki, “Zirə” ötən mövsüm “Sumqayıt”a qarşı keçirdiyi 4 oyunun 3-də qələbə qazanıb, birində isə heç-heçə edib.

Xəbər xətti