Rihanna "Lill" - "Qəbələ" matçına mane oldu

01:49 - 28 İyul 2016

Oyun "Stad Pyer Morua"da baş tutmayacaq
 
Bu gün Avropa Liqasında ölkəmizi təmsil edən "Qəbələ" Fransanın "Lill" klubunun qonağı olacaq.
 
Sportal.az "20 minutes"ə istinadən xəbər verir ki, oyun əvvəlcədən planlaşdırıldığı kimi "Stad Pyer Moura" stadionunda keçirilməyəcək. Buna səbəb isə dünya şöhrətli müğənni Rihannanın iyulun 23-də bu arenada konsert proqramı ilə çıxış etməsi olub. Konsertdən sonra "Lill" rəhbərliyi stadionun ot örtüyünün dəyişdirilməsini lazım bilib.
 
Bu səbəbdən oyun "Lill"in 2-ci stadionu olan "Lill-Metropol" arenasında baş tutacaq. Stadion 18 min 185 azarkeş tutumuna malikdir. "Stad Pyer Morua" stadionun tamaşaçı tutumu 50 min 157-dir.

Xəbər xətti