Millimizin futbolçusu İngiltərə klubunda

10:06 - 28 İyul 2016

Eddi İsrafilov "Mursiya"dan ayrıldı
 
İspaniya III Divizionunda çıxış edən "Mursiya" klubunun millimizin futbolçusu Eddi İsrafilovu transferə çıxardığı haqda məlumat vermişdik.
 
Sportal.az xəbər verir ki, İsrafilov karyerasını İngiltərədə davam etdirəcək. Çempionşipdə mübarizə aparan "Fulhem" klubu millimizin futbolçusunu rənglərinə bağlayıb. "Mursiya" bu transfer üçün "Fulhem"dən 1.5 milyon avro tələb etsə də, London təmsilçisi İsrafilov üçün İspaniya klubuna 400 min avro təzminat ödəyib.
 
"Fulhem" klubu tezliklə Eddi İsrafilovu ictimaiyyətə təqdim edəcək.

Xəbər xətti