AZAL I Divizion təmsilçisi ilə qarşılaşacaq

13:34 - 28 İyul 2016

Yoxlama matçı

 

İyunun 20-dən etibarən hazırlıga başlayan AZAL ayın 30-da son yoxlama oyunu keçirəcək.

 

Sportal.az xəbər verir ki, "təyyarəçilər" I Divizion təmsilçisi “Qaradag-Lökbatan"la qarşılaşacaq. “AZAL Arena”da baş tutacaq görüş saat 18.00-da başlayacaq.

 

Bu oyundan sonra paytaxt klubu mövsümün hazırlığına yekun vuracaq. Birgünlük istirahətdən sonra futbolçular yenidən bir araya gələrək “Neftçi” ilə görüşün hazırlığına start verəcək.

Xəbər xətti