Daha 2 məşqçi Argentina millisində işləməkdən imtina etdi

01:53 - 30 İyul 2016

Argentina Futbol Federasiyası yığma üçün baş məşçi axtarışlarını davam etdirir.
 
Sportal.az xəbər verir ki, Argentina millisi hazırda iş yeri olmayan Marselo Bielsada rədd cavabı alıb. 61 yaşlı klub çalışdırmaq istədii üçün təklifi qəbul etməyib.

 

Hazırda "Sevilya"nın baş məşqçisi olan Xorxe Sampaoli də yığmada işləmək təklifi alıb. Ancaq Sampaoli İspaniyada titullar qazanmaq istədiyini bildirirərək təklifi rədd edib.

 

Qeyd edək ki, Argentina yığması Xerardo Martinonun istefasından sonra baş məşqçi axtarışlarını davam etdirir.

Xəbər xətti