"Napoli" klubu "Yuventus"a transfer olunan Qonsalo İquainin boşluğunu doldurub.
Sportal.az xəbər verir ki, A Seriya təmsilçisi "Ayaks"ın polşalı hücumçusu Arkaduişz Miliki transfer edib. Bu transfer "Napoli"yə 25 milyon funt-sterlinə başa gəlib.
Qeyd edək ki, 22 yaşlı Milik ötən mövsüm "Ayaks"ın heyətində 31 oyuna 21 qol vurub.