"Qəbələ" - "Lill" oyunu rusiyalı referiyə həvalə olundu

12:03 - 30 İyul 2016

Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qəbələ" - "Lill" matçının hakim təyinatları açıqlandıb.

 

Sportal.az xəbər verir ki, görüşü rusiyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Aleksey Yeskov olacaq.

 

Baş hakim: Aleksey Yeskov

Yan xətt hakimləri: Dmitri Mosyakin, İqor Demeşko

Dördüncü hakim: Vladimir Moskalec (hamısı Rusiya)

UEFA nümayəndəsi: Alex Çikin (Belarus)

Hakim-inspektor: Vasko Doyçinovski (Makedoniya)

 

Qeyd edək ki, "Qəbələ" - "Lill" matçı avqustun 4-də baş tutacaq.

Xəbər xətti