"Beşiktaş" erməni futbolçunu bəyənmədi

12:41 - 30 İyul 2016

"Beşiktaş"ın baş məşqçisi Şenol Günəş klub prezidenti Fikrət Ormandan cinah yarımmüdafiəçi mövqeyinə transfer istəyib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis "Vest Hem Yunayted"ə gedən Gökhan Törenin boşluğunu doldurmaq üçün rəhbərlikdən transfer tələb edib. Günəş bu mövqedə çıxış edən Araz Özbilizdən narazı qalıb. Ermənistan yığmasının futbolçusunun performansı Şenol Günəşi qane etməyib.

 

Qeyd edək ki, ötən mövsümün qış fasiləsində "Beşiktaş"a transfer olunan Özbiliz daha sonra "Rayo Vallekano"ya icarə verilmişdi. İstanbul klubu 26 yaşlı futbolçunu yenidən icarəyə verməyi düşünür.

Xəbər xətti