Ramil Şeydayev üçün sevindirici xəbər

14:52 - 30 İyul 2016

Azərbaycanlı futbolçu Ramil Şeydayevin formasını geyindiyi "Trabzonspor" klubu bir neçə futbolçusunu transferə çıxarıb.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisi komandanın əsas hücumçusu sayılan Oskar Kardozoya başqa klublarla danışıqlar aparması üçün icazə verib. Paraqvaylı forvard İspaniyanın "Malaqa" klubu ilə danışıqlar aparır. "Trabzonpor" klubu komandanın digər hücumçusu Dame N'Doyeni də transferə çıxarıb.

 

Qeyd edək ki, hücumçu mövqeyində oynayan Ramil Şeydayev yay transfer pəncərəsində "Zenit"dən ayrılaraq "Trabzonspor"la müqavilə imzalayıb.

Xəbər xətti