Elnur Cəfərov "Tondela"da ilk qolunu vurdu

18:23 - 30 İyul 2016

"Xəzər Lənkəran"ın yetirməsi Elnur Cəfərov Portuqaliyanın "Tondela" klubunda ilk qolunu vurub.

 

Sportal.az xəbər verir ki, Cəfərovun komandası bu gün növbəti yoxlama matçında qüvvəsini sınayıb. "Tondela" Portuqaliyanın digər təmsilçisi "Mortaqua" ilə üz-üzə gəlib.

 

Qarşılaşma həmyerlimizin komandasının 4:1 hesablı qələbəsi ilə başa çatıb. Elnur Cəfərov matçın 87-ci dəqiqəsində komandasının 4-cü qolunu vurub. Bu, millimizin üzvünün Portuqaliya klubunun heyətində vurduğu ilk qol olub.

Xəbər xətti