"Qarabağ" azarkeşlərinə bilet satışı ilə bağlı şad xəbər

18:44 - 30 İyul 2016

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçında "Qarabağ" avqustun 2-si saat 20:30-da Respublika stadionunda son Çexiya çempionu "Viktoriya Plzen"i qəbul edəcək.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu qarşılaşmanın biletləri artıq bu gündən etibarən Respublika stadionunun kassalarında satışa çıxarılıb. Havaların isti olmasını nəzərə alıb, kassalar iş vaxtını artıraraq, bu gün də daxil olmaqla hər gün axşam saat 20:30-a qədər fəaliyyət göstərəcək.

Xəbər xətti