"Qalatasaray" "Liverpul"un futbolçusunu transfer etdi

19:55 - 30 İyul 2016

Növbəti mövsümün hazırlıqlarını davam etdirəm "Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul nəhəngi "Liverpul"un yarımmüdafiəçisi Lukas Leyvanı transfer edib. 29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Braziliyalı dayaq yarımmüdafiəçisi "Cim bom"da illik 2,7 milyon avro və meydana çıxdığı hər matça görə 20 min avro qazanacaq. Təcrübəli futbolçunun transferi üçün "Qalatasaray" İngiltərə klubuna 2,5 milyon avro ödəyəcək.

 

Hazırda "Liverpul"la birlikdə ABŞ-da təlim-məşq toplanışında olan futbolçu avqustun 7-də İstanbula gələrək, ictimaiyyətə təqdim olunacaq.

 

Qeyd edək ki, 2007-ci ildən "Liverpul"un şərəfini qoruyan Leyva 214 qarşılaşmada meydana çıxıb və bir dəfə fərqlənməyi bacarıb.

Xəbər xətti