"Qarabağ" - "Viktoriya" matçına nə qədər bilet satılıb?

00:45 - 31 İyul 2016

Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab matçları çərçivəsində keçiriləcək "Qarabağ" - "Viktoriya" Plzen (Çexiya) qarşılaşmasının biletləri dünən satışa çıxarılıb.
 
Sportal.az xəbər verir ki, ilk gün ərzində 9 min bilet satılıb.Azarkeşlər biletləri matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilər. Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arası dəyişir, VİP sektoruna isə 30 AZN-dir. 1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN 6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN 11-13 və 16-18 nömrəli sektorlar - 5AZN VİP (14-15 sektorlar) - 30 AZN
 
Qeyd edək ki, "Qarabağ" - "Viktoriya" matçı avqustun 2-də saat 20:30-da start götürəcək

Xəbər xətti