"Spartak"ın yeni baş məşqçisi məlum oldu

00:38 - 6 Avqust 2016

Rusiyanın "Spartak" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

 

Sportal.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Moskva klubunu Qurban Berdıyev çalışdıracaq. Türkmənistanlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, məşqçilik karyerası ərzində "Kayrat", Rubin" kimi klublarda işləmiş 63 yaşlı çalışdırıcının son iş yeri "Rostov"olub.

 

Xatırladaq ki, "Spartak" UEFA Avropa Liqasında AEK-ə məğlubiyyətdən sonra baş məşqçi Dmitri Aleyniçevi istefaya yollayıb.

Xəbər xətti