Radamel Falkaonun durumuna aydınlıq gəldi

12:12 - 6 Avqust 2016

"Fənərbağça" ilə matçda zədələnərək meydanı tərk edən Radamel Falkaonun durumuna aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, kolumbiyalı hücumçu knyazlıq klubuna ÇL-nin pley-off mərhələsindəki "Vilyarreal"la matçlarda kömək edə bilməyəcək. Falkao 4 həftə yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, Falkao "Fənərbağça"ya qarşı keçirdiyi 2 matçda 2 qol vurub.

Xəbər xətti