"O, rəqibə qarşı etdiyi hörmətsizliyin cəzasını çəkəcək"

20:21 - 6 Avqust 2016

Premyer Liqada 2016/2017-ci il mövsümünə AZAL - "Neftçi" matçı ilə start verilib.

 

Sportal.az xəbər verir ki, qarşılaşma "Neftçi"nin 2 - 0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçdan sonra keçirilən mətbuat konfransında "təyyarəçilər"in baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırıb:

 

Çempionatın açılışı münasibətilə hamınızı təbrik edirəm. İlk oyun həmişə ağır keçir. Buraxılan səhvləri nəzərə almasaq, komandadan razı qaldım. İlk oyun olduğu üçün həyəcan hiss olunurdu. Ona görə də qol vəziyətlərindən istifadə edə bilmədik. Qarşıda çətin oyunlar var. Heyətimiz oturub. Yeni gələnlər də adaptasiya olur. Səhvlərdən nəticə çıxarıb daha yaxşı oynayacağıq.

 

- Ruslan Əmircanovu start heyətdə buraxmaq olmazdımı?

- Yeni gələnlərin hamısını start heyətrdə buraxmaq olmaz. Əmircanovun fiiziki durumu 90 dəqiqə oynamağa imkan vermir. Qırmızı vərəqə planlarımı pozdu. Ona görə də onu ikinci hissəsə buraxdım.

 

- Qol epizodu ilə bağlı nə deyərdiz? Siz çox emosional idiz.

- Mən futbolçu vaxtı belə emosional olmamışam. Bu bəlkə də klubun vəziyyəti ilə bağlıdır. Ola bilər ki, başqa yerdə işləsəm, belə olmaram. Hakimlərin də səhvi olur. Heç nə deyə bilmərəm. Buraxdığımız qollara gəldikdə, futbol səhvlər üzərində qurulub. Elşad Manafovu Rail Məlikovun yerində oynadırıq. Hələ ki, onu əvəz edə bilmir.

 

- Bir hücumçu ilə meydana çıxmağın səbəbi nə idi?

- Başqasının işini təhlil etmək asandı. Oyuna gələndə hamı bunu bacarmır. Kənardan analiz etmək asandı. İki hücumçumuz var. Röyal Nəcəfov və David Canalidze. Canalidze 8 gündür komandaya qoşulub. Fiziki durumu start heyətdə meydana buraxmağa imkan vermir. 1000 manat maaş veririk. Büdcəmiz imkan vermir səviyyəli hücumçu almağa. Əlimizdə olandan istifadə etməyə çalışırıq.

 

- AZAL-ın hədəfi nədir?

- Açığı deyim ki, hədəfim 4-5-6-cı yerlərdi. İlk üçlük çətindi. Büdcəmiz buna imkan vermir. Bütün futbolçular optimal formaya düşdükdən sonra ötənilki AZAL-ı görəcəksiz.

 

- Röyal Nəcəfov I Divizionun bombardiri olub. Ancaq bu gün oyunu ilə fərqlənə bilmədi.

- Divizionun ab-havası başqadı, Premyer Liqa ayrı. Röyal Nəcəfovun mübarizəsi xoşuma gəldi. Özünü soyuqqanlı aparması məni sevindirdi. Amma bir az zamana ehiyac var. Özünün də istəyi olmalıdır.

 

- Ruslan Nəsirlinin etdiyi hərəkətə münasibətiniz necədir?

- Ruslan cəzalanacaq və əvəzedici heyətə göndəriləcək. O, rəqibə qarşı etdiyi hörmətsizliyin cəzasını çəkəcək. Bu digər futbolçulara da dərs olacaq.

Xəbər xətti