Rio2016: Boksçumuz qələbə qazandı

01:17 - 10 Avqust 2016

Rio-2016 Olimpiya Oyunlarında boks yarışları davam edir.

 

Sportal.az xəbər verir ki, bu gün daha bir boksçumuz mübarizəyə qoşulub. 60 kq-da yarışan Albert Səlimov 1/8 finalda irlandiyalı Devid Coysla döyüşüb. Hər 3 raundda rəqibindən üstün olan Səlimov 1/4 finala yüksəlib. 

 

Bu mərhələdə boksçumuzun rəqibi fransız Sofyan Umia olacaq. Həmin döyüş avqustun 13-də keçiriləcək.

Xəbər xətti