Rio-2016: Boksçumuz 1/8 finalda

01:34 - 12 Avqust 2016

Rio Yay Olimpiya Oyunlarında daha iki boksçumuz mübarizəyə qoşulub.

 

Sportal.az xəbər verir ki, 64 kq-da yarışan Lorenzo Sotomayor 1/16 finalda ukraynalı Vladimir Matviyçukla üz-üzə gəlib. Rəqibini 3:0 hesabı ilə üstələyən boksçumuz adını 1/8 finala yazdırıb.

 

56 kq-da yarışan Cavid Çələbiyev isə  1/16 finalda qazaxıstanlı Kayrat Yeralievlə üz-üzə gəlib. Rəqibinə 1:2 hesabı ilə uduzan Çələbiyev olimpiada ilə vidalaşıb. 

Xəbər xətti