"Gənc Qapıçılar Klubu" paytaxta köçdü

Gəncədə fəaliyyət göstərən "Gənc qapıçılar klubu" Bakıda da qapıçılar yetişdirmək işini davam etdirəcək.

 

Bu barədə Sportal.az-a klubun məşqçisi Xəyal Zeynalov məlumat verib. Gənc mütəxəssis "Vətən" futbol məktəbi ilə anlaşıb. Xəyal Zeynalov saytımıza verdiyi açıqlamada məqsədləri barədə danışıb:

 

"Artıq bir həftədir "Vətən" futbol məktəbində məşqlərə başlamışıq. Sentyabr ayından tam gücümüzlə fəaliyyətə başlayacağıq. Məqsədimiz "Vətən"də qapıçı problemini kökündən həll etməkdir. Bunun üçün qapıçılarla çalışmalarımızı mütəmadi olaraq davam etdiririk. Həm meydanda həm də meydandan kənarda".

 

Zeynalov klubun fəaliyyətini Gəncədə də davam etdirdiyini bildirib: "Gənc Qapıçılar Klubu" Gəncədə fəaliyyətini dayandırmayıb. Orada bu işləti Taryel Hüseynov davam etdirəcək".

Tarix: 15 Avqust [19:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 May 2017
22  May 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio