AZAL-ın futbolçusu 50-ci oldu

13:53 - 22 Avqust 2016

Azərbaycan Premyer Liqasının III turu AZAL-ın futbolçusu Ruslan Əmircanov üçün əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı müdafiəçi Azərbaycan çempionatlarında yubiley oyununa çıxıb.
 

Ölkə çempionatlarında 2001/02 mövsümündə debüt edən futbolçu 250-ci matçında iştirak edib. Bu, "Zirə” ilə matçda (1:3) gerçəkləşib. Bu görüşlərdə 5 qol vuran Əmircanov indiyədək 8 klubun formasını geyinib. O, "Ümid”də 2, "Ədliyyə”də 23, "Karvan”da 54, "Standard”da 42, "Neftçi”də 54, "İnter”də 65, "Qəbələ”də 7 və AZAL-da 3 matç keçirib.
 

Qeyd edək ki, ötən tur "İnter”in futbolçusu Samir Zərgərov 250-ci oyununu keçirmişdi. Ümumilikdə isə Əmircanov hesabında 250 və daha çox oyun olan 50-ci futbolçu olub.

Xəbər xətti