Qonsalo İquain Prosineçkiyə səsləndi

15:58 - 22 Avqust 2016

Milli komandamızın baş məşqçisi Robert Prosineçkinin "Yuventus"un yeni transferi Qonsalo iquanini kök olduğunu bildiriərək onu donuz adlandırdığı haqda məlumatı diqqətinizə çatdırmışdıq.

 

Sportal.az xəbər verir ki, İquain Prosineçkinin cavabını verib. Argentinalı hücumçu fikirlərini İtaliya mətbuatına belə bölüşüb:

 

"Debüt matçımda qol vurdum. Bunu hər bir futbolçu arzulayar ki, ilk oyununda qol vursun. 20 gündür ki, məşq edirəm, hazırlaşıram. Anlaya bilmirəm ki, bunu necə deyirlər? Hazırda çox yaxşı formadayam. Yaxşısı budur ki, mənə kök deməkdə davam etsinlər, mən də öz növbəmdə qollarımı sıralayacam".

 

Qeyd edək ki, İquain debüt matçında "Fiorentina"ya qol vuraraq komandasına 3 xal qazandırmışdı.

Xəbər xətti