Millimizin üzvünün oynadığı matçda 7 qol vuruldu

00:33 - 23 Avqust 2016

Hollandiya 2-ci liqasında 4-cü turun qarşılaşmaları keçirilir.

 

Sportal.az xəbər verir ki, 19 yaşlılardan ibarət milli komandamızın üzvü Ziya Əzizovun şərəfini qoruduğu "Den Boş" öz meydanında "Volendam"la üz-üzə gəlib. Zİyanın 90 dəqiqə meydanda olduğu oyun komandasının 2 - 5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

 

Qeyd edək ki, 4 turdan sonra aktivində 3 xal olan "Den Boş" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Xəbər xətti