"Real"a şad xəbər

01:30 - 23 Avqust 2016

"Real" Madridin qapıçısı Keylor Navasın yaşıl meydanlara qayıdacağı vaxt müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, əməliyyat olunduqdan sonra 3 aydır komandasına kömək edə bilməyən kosta rikalı "əlcək sahibi" sentyabrın 10-da Santiaqo Bernabeuda “Osasuna”ya qarşı keçiriləcək La Liqa matçında oynaya biləcək.

 

Qeyd edək ki, Keylor Navas Kopa Amerika turnirindən öncə zədələnərək əməliyyat olunmuşdu.

Xəbər xətti