Dəniz Yılmazın sənədləri hazırlanır: Agenti Sportal.az-a danışdı

12:39 - 23 Avqust 2016

Xəbər verdiyimiz kimi "Bursaspor"un hücumçusu Dəniz Yılmaz AFFA-nın Azərbaycan millisində oynamaq təklifini qəbul edib.

 

28 yaşlı hücumçunun meneceri Ərdəm Qaragöl Sportal.az-a açıqlama verib:

 

"Yılmazın sənədlərini hazır edirik. Dəniz Yılmaz bundan sonra qollarını Azərbaycan millisi üçün vuracaq. Hazırda o, zədəlidir. Amma durumu ciddi deyil, tezliklə meydanlara dönəcək. O, San  Marino ilə matçda iştirak edə bilməyəcək".

Xəbər xətti