Droqbadan "Aston Villa" açıqlaması

16:20 - 23 Avqust 2016

"Aston Villa"nın yeni sahibi Tni Xianın komandaya Didye Droqbanı transfer edəcəyi haqda-söhbətlər dolaşırdı.

 

Sportal.az xəbər verir ki, ulduz futbolçunun məsələyə reaksiyası belə olub:

 

"Bu gün "Montreal" ilə məşqdə idim. Keçən həftə Birmingemdə olduğum xəbərləri yayılmışdı. "Twitter"də milyon dənə mesaj gəlmişdi. Bu xəbərlər həqiqəti əks etdirmir".

 

Qeyd edək ki, Droqbanın sabiq məşqçisi Di Matteo "Aston Villa"nı çalışdırır.

Xəbər xətti