Türkiyə millisinin üzvü "Atletiko"nun hədəfində

17:34 - 23 Avqust 2016

"Bayer" Leverkuzenin futbolçusu Hakan Çalhanoğlu karyerasını İspaniyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, Türkiyə milli komandasının üzvü "Atletiko" Madridin hədəfindədi. Bu barədə İspaniyanın AS nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, Madrid klubu 22 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdı. İspanlar gənc futbolçunun transferi üçün 20 milyon avro ödəməyə hazırdı.

 

Qeyd edək ki, Simeoninin də bəyəndiyi futbolçunu "Atletiko" hələ 2 il əvvəl heyətinə qatmaq istəyirdi. Lakin o zaman "Hamburq"dan ayrılan Çalhanoğlu "Bayer" Leverkuzenlə müqavilə imzalamışdı. 

Xəbər xətti