"Barselona"da yeni müqavilə FOTO

00:15 - 24 Avqust 2016

"Barselona"da yeni müqavilə imzalanıb.

 

Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi qapıçı Mark-Andre ter Ştegenlə müqavilə müddətini uzadıb. Yeni sözləşməyə əsasən alman "əlcək sahibi" daha 2 il "Barselona"nın şərəfini qoruyacaq. Belə ki, 24 yaşlı qolkiper 2021-ci ilədək La Liqa klubunun uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, Ter Ştegen 2014-cü ildən "Barselona" forması geyinir və 174 matçda kataloniyalıların qapısını qoruyub.

 

Xəbər xətti