"Hayduk" Elnur Cəfərovla maraqlandığını təsdiqlədi

13:51 - 24 Avqust 2016

Portuqaliyanın "Tondela" klubundan ayrılan millimizin futbolçusu Elnur Cəfərov karyerasını Xorvatiyada davam etdirə biləcəyi haqda məlumat vermişdik.

 

Gənc futbolçu "Hayduk" klubu ilə danışıqlar aparır. Split təmsilçisindən Sportal.az-a verilən məlumata görə "Hayduk" Elnurla maraqlanır. Əgər danışıqlar müsbət yekunlaşsa, Cəfərov Xorvatiya klubu ilə müqavilə imzalayacaq.

 

Klubdan saytımıza verilən məlumata görə, komandaın baş məşqçisi Mariyan Puşnik Elnur Cəfərovun transferində yığmamızın çalışdırıcısı Robert Prosineçki ilə də məsləhətləşəcək.

Xəbər xətti