Qəzaya düşən "Qarabağ"ın menecerinin durumu necədir?

15:29 - 24 Avqust 2016

Bir neçə gün əvvəl Mərdəkan-Buzovna-Bilgəh yolunun Bilgəh qəsəbəsi ərazisindən keçən hissəsində avtomobil qəzasına düşən “Qarabağ”ın baş meneceri Asif Əsgərovun müalicəsi davam etdirilir. 

 

Sportal.az xəbər verir ki, bu haqda Qol.az-a onun həkimi Rauf Kərimov məlumat verib. Onun sözlərinə görə, qəza nəticəsində xəstənin sol qolunun toxuması zədələnib: “Asif Əsgərov qolundakı yara ilə gəlmişdi. Təcili əməliyyat olundu. Sol qolunun dirsək nahiyəsində dəri altı toxuma çatışmazlığı var idi. İndi durumu yaxşıdır. Özü gəzir”.

 

Kərimov Asif Əsgərovun növbəti dəfə əməliyyat olunacağını  deyib:  “O, hələ bir neçə gün xəstəxanada yatmalıdır. Evə buraxılması yaranın tez sağalmasından asılıdır. Növbəti dəfə əməliyyat olunması da gözlənilir”.

 

Qeyd edək ki, qəza Asif Əsgərov valideynləri ilə birgə Bilgəhdən qayıdarkən baş verib. Hazırda Əsgərovla yanaşı, onun valideynlərinin durumu da yaxşıdır.

Xəbər xətti