"Qalatasaray"ın hücumçusu "Kayserispor"da

16:18 - 24 Avqust 2016

"Qalatasaray" heyətində düşünmədiyi Umut Bulutla başqa kluba transfer olması ilə bağlı razılıq əldə edə bilib.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, təcrübəli hücumçu Super Liqa təmsilçisi "Kayserispor"la anlaşıb. Sözləşməyə əsasən Türkiyə millisinin üzvü növbəti mövsümü icarə əsasında Kayseri təmsilçisində keçirəcək. Artıq 33 yaşlı forfardın keçidi ilə bağlı hər iki klub arasında razılıq əldə olunub. Belə ki, Umut Bulut illik 1,8 milyon avro maaşı klublar birlikdə ödəyəcək. Təcrübəli qolçu üçün "cim bom" "Kayserispor"dan icarə haqqı almayacaq.

 

Qeyd edək ki, Umut 2012-ci ildən “Qalatasaray”da çıxış edir. O, İstanbul nəhənginin heyətində meydana çıxdığı 110 matçda 39 dəfə fərqlənməyi bacarıb.

Xəbər xətti