3 "qalatasaray"lı ilə bağlı həbs qərarı verildi

17:23 - 24 Avqust 2016

Türkiyədə FETÖ terror təşkilatı ilə bağlı aparılan araşdırma tədbirləri çərçivəsində daha 3 sabiq futbolçu ilə bağlı həbs qərarı çıxarılıb.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, "Qalatasaray"ın keçmiş futbolçuları Arif Ərdəm, Uğur Tütünəkər və İsmail Dəmirizin həbs olunması ilə bağlı qərar verilib.İsmail Dəmiriz həbs olunsa da ölkə xaricində olan Tütünəkər və Ərdəmin evində axtarış aparılıb.

 

Qeyd edək ki, daha öncə Türkiyə futbolunun əfsanəsi olan Hakan Şükür və atası Sərmət Şükürlə bağlı da eyni qərar verilmişdi. Ata Şükür həbs olunsa da, ölkə xaricində olan Hakanın həbsi isə baş tutmayıb.

Xəbər xətti