Ulduz futbolçu Hindistana üz tutdu

18:33 - 24 Avqust 2016

İslandiya milli komandasının üzvü Eydur Qudyonsonun yeni komandasının adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı forvard karyerasını Hindistanda davam etdirəcək. Belə ki, ulduz futbolçu bu ölkənin "Püne Siti" klubuna transfer olub. Təcrübəli forvard Asiya təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, karyerası ərzində "Barselona", "Çelsi", "Monako" kimi klublarda oynamış Qudyonsonun son klubu Norveç "Molde"si olub.

Xəbər xətti