"Qarabağ"da Bədavi Hüseynov şoku

18:57 - 24 Avqust 2016

"Qarabağ" sabah Avropa Liqasının "pley-off" mərhələsinin cavab matçı çərçivəsində İsveçin "Göteborq" klubunu qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi bu gün matçöncəsi son məşqinə çıxıb. Komandanın aparıcı üzvlərindən olan Bədavi Hüseynov kollektivdən ayrı məşq edib. Kiçik zədəsi olan mərkəz müdafiəçisinin sabah meydana çıxacağı gözlənilir.

 

Qeyd edək ki, "Qarabağ" - "Göteborq" matçı sabah saat 20:30-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər xətti