Çempionlar Liqası: Qrup mərhələsinə vəsiqə qazanan son 5 komanda məlum oldu

01:15 - 25 Avqust 2016

Çempionlar Liqasının "pley-off" mərhələsində bu gecə sonuncu cavab qarşılaşmaları baş tutub.

 

Sportal.az xəbər verir ki, keçirilən 5 matçdan sonra qrup mərhələsinə vəsiqə qazanan son komandaların adlarına aydınlıq gəlib. Bunlar "Rostov", "Borussiya" Münxenqladbax, "Mançester Siti", "Kopenhagen" və "Dinamo" Zaqreb komandaları olub.

 

Gecənin nəticələrini təqdim edirik:

 

APOEL (Kipr) - “Kopenhagen” (Danimarka) - 1:1 (İlk oyun  0:1)

QOLLAR: Pieros Sotiriou, 69 - Federiko Santander, 86

 

“Mançester Siti” (İngiltərə) - “Styaua” (Rumıniya) - 1:0 (İlk oyun  5:0)
QOL: Delf, 56
 

“Rostov” (Rusiya) - “Ayaks” (Hollandiya) - 4:1 (İlk oyun 1:1)

QOLLAR: Azmun, 34, Eroxin, 52, Noboa, 60, Dmitri Poloz, 66 - Devi Klassen, 84 (pen)

 

“Borussiya” (M. Almaniya) - “Yanq Boyz” (İsveçrə) - 6:1 lk oyun  3:1)

QOLLAR: Azar, 9, 64, 84, Rafael, 33, 40, 79

 

“Zalsburq” (Avstriya) - “Dinamo” (Xorvatiya) - 1:2 (İlk oyun  1:1)
QOLLAR: Lazaro, 22 - Junior Fernandes, 87, Əl-Ərbi Hilal Sudani, 95

Xəbər xətti