Ronaldo "Real"da işləyəcək

00:39 - 25 Avqust 2016

Braziliya millisinin sabiq üzvü Ronaldo özünə yeni iş yeri tapıb.

 

Sportal.az xəbər verir ki, veteran hücumçu sabiq komandası "Real”da işləyəcək.

 

"Marca”nın məlumatına görə,  39 yaşlı forvard "Real”ın prezidenti Florentino Peresin məsləhətçisi və komandanın dünyadakı elçisi vəzifəsinə təyin olunub. Məsələnin yaxın günlərdə rəsmən ictimaiyyətə açıqlanacağı gözlənilir.

 

Qeyd edək ki, Ronaldo 2002-07-ci illərdə Madrid klubunun şərəfini qoruyub. 

Xəbər xətti