Samir Nəsri "Beşiktaş"da

02:32 - 25 Avqust 2016

"Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbul nəhəngi "Mançester Siti"nin ulduz futbolçusu Samir Nəsrini transfer edib. Fransız futbolçu icarə əsasında 1 il müddətinə "Beşiktaş"ın şərəfini qoruyacaq. Qvardiolanın sistemində oynamayacaq olması da 29 yaşlı yarımmüdafiəçinin komandadan ayrılmasında rol oynayıb.

 

Qeyd edək ki, 2011-ci ildən "Mançester Siti"nin şərəfini qoruyan təcrübəli futbolçu "şəhərlilər"in heyətində meydana çıxdığı 128 qarşılaşmada 18 dəfə fərqlənib.

Xəbər xətti