"Qarabağ" ardıcıl üçüncü dəfə Avropa Liqasının qrupunda! YENİLƏNİB

22:15 - 25 Avqust 2016

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçiriləcək.

 

Sportal.az xəbər verir ki, ölkəmizii turnirdə təmsil edən “Qarabağ” cavab matçına çıxacaq çaxacaq. Ağdam təmsilçisi ilk oyunda 0:1 hesabı ilə uduzduğu “Göteborq”u qəbul edəcək.

 

"Qarabağ" İsveç klubunu mübarizədə kənarlaşdırasa, ardıcıl 3-cü dəfə qrup mərhələsinə vəsiqə qazanacaq.

 

25 avqust

Avropa Liqası

Pley-off mərhələsinin cavab oyunu

 

20:30. "Qarabağ" (Azərbaycan) - "Göteborq" (İsveç) 3 - 0

Qol: Rəşad Sadıqov, 19, Muarem Muarem, 24, Dani Kintana, 50
İlk oyun: 0 - 1

Baş hakim: Vladislav Bezborodov

Yan xətt hakimləri: Valeri Dançenko, Makjsim Qavrilin

Dördüncü hakim: Kiril Levnikov (hamısı Rusiya)

UEFA nümayəndəsi: Maykl Tomas Ross (Şimali İrlandiya)

Hakim-inspektor: Coni Vanspauen (Belçika)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu 

Xəbər xətti