"Mançester Yunayted"in sabiq futbolçusu Rusiya klubunda FOTO

11:57 - 25 Avqust 2016

Rusiya Premyer Liqasında mübarizə aparan "Anji" klubu hücum xəttini gücləndirib.

 

Sportal.az xəbər verir ki, Mahaçqala klubu "Nyukasl"ın fransalı futbolçusu Qabriel Obertanı heyətinə qatıb. 27 yaşlı forvardla 2 illik müqavilə imzalanıb.

 

Xatırladaq ki, Obertan 2011-ci ildə "Mançester Yuanyted"dən "Nyukasl"a transfer edilmişdi.

 

 

Xəbər xətti