Eddi İsrafilov: "Kadiz"ə keçməklə düzgün atmışam"

13:33 - 25 Avqust 2016

Xəbər verdiyimiz kimi, millimizin futbolçusu Eddi İsrafilov İspaniya Sequndasında mübarizə aparan "Kadiz"lə 2 illik müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu fikirlərini klubun rəsmi saytına bölüşüb:

 

"Komandaya kömək edə biləcək gücdəyəm. "Kadiz"in möhtəşəm azarkeşləri var. Əminəm ki, yeni klubumda darıxmayacam. Əla bir mövsüm keçirəcəyimə inanıram. Xuan Karlos Kordero və Kike Pina ilə yaxşı münasibətlərim var. Onlar işlədikləri bütün klublarda əllərindən gələni edirlər. Xuan Karlos məni "Qranada"dan yaxşı tanıyır. "Kadiz"ə keçməklə düzgün atmışam. Burada daha da inkişaf edəcəm".

Xəbər xətti