"Kəpəz" millimizlə qarşılaşacaq

16:57 - 25 Avqust 2016

Milli komandanın təlim-məşq toplanışı ilə bağlı Premyer Liqada yaranmış fasilədən səmərəli istifadə etməyə çalışan klublarımız yoxlama matçlarında qüvvələrini sınamaq niyyətindədi.
 
Sportal.az xəbər verir ki, 3 turdan sonra aktivindəki iki xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan "Kəpəz" də fasilədən yararlanmaq istəyir. Şahin Diniyevin komandası bir neçə yoxlama matçında qüvvəsini sınamağı planlaşdırır.
 
Gəncə təmsilçisinin sınaqçı rəqiblərdən biri artıq məlumdu. Belə ki, "sarı-göylər" 21 yaşlılardan ibarət milli komandamızla hazırlıq matçında üz-üzə gələcək.

Xəbər xətti