Avropanın ən yaxşı futbolçusu məlum oldu

21:48 - 25 Avqust 2016

Avropada ötən mövsümün ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, UEFA-ya üzv olan 54 ölkənin nümayəndələri və jurnalistlər arasında keçirilən səsverməyə əsasən, Portuqaliya millisinn və "Real" Madridin ulduz futbolçusu Kriştiano Ronaldo ötən mövsümün ən yaxşı oyunçusu seçilib.

 

Ronaldo səsvermədə Qaret Beyl (Uels, "Real" Madrid) və Antuan Qrizmannı (Fransa, "Ateltiko" Madrid) qabaqlayıb.

 

Qeyd edək ki, son olaraq bu mükafatı Argentina millisinin və "Barselona"nın futbolçusu Lionel Messi qazanmışdı.

Xəbər xətti