Rəşad Sadıqov: "Hamı sevindi və mən də fikirləşdim ki, qoldur" MÜSAHİBƏ

00:28 - 26 Avqust 2016

"Qarabağ" - "Göteborq" matçından sonra Ağdam təmsilçisinin kapitanı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az təcrübəli müdafiəçinin müsahibəsini təqdim edir:

 

- Təbrik edirəm hamınızı. Bu yalnız bizim yox, hər kəsin qələbəsi idi. Sizlərin, azarkeşlərimizin. Üzərimizdə böyük təzyiq var idi. İlk oyuna baxanda, oyunumuz yaxşı alınmışdı, amma nəticə yox idi. Öz üzərimizdə qorxu var idi ki, ola bilsin ki, yenə alınmasın. Şükürlər olsun ki , bu gün qələbə qazandıq və qrup mərhələsinə adladıq.

 

- Belə bir nəticəni gözləyirdiz?
- Böyük hesablı qələbə gözləmirdik . Biz hətta 120 dəqiqəni fikirləşmişdik. Amma çox şükürlər olsun ki, ilk hissəyə yaxşı başladıq və lazım olan qələbəni qazandıq .

 

- Bəs bu taktikanı oyunun gedişində fikirləşmişdiz?

- Yox, səhər məşqdə fikirləşmişdik. Bu oyunda Qurban Qurbanovun bizdən xüsusi tələbləri var idi. Səhər tezdən də o künc zərbəsi üzərində işləmişdik.

 

- Stadionun ot örtüyünü pis olması oyununa nə dərəcədə təsir etdi?

- Meydança özünüzdə gördünüz ki,  pis idi. Amma bu hər iki komanda üçün belə idi. Yenə də çalışdıq ki, necə gəldi futbol oynamayaq. Baxımlı futbol oynayaq və izləyənlər də həzz ala bilsin.

 

- Bu gün 90 dəqiqə oynadın və sanki həmişəkindən daha fərqli , daha yaxşı çıxış edən bir Rəşad gördük ?

- Bu haqda bir şey deyə bilmərəm, çünki Elvin də bu gün yaxşı çıxış etdi. Baxmayaraq ki, Avropa oyunlarında uzun müddətdir praktikası yox idi. Əsas heyətdə etibarlı oynadı .

 

- Rəşad bu gün qol vurduqda çox da sevinmədin səbəbi nə idi ?
- Bilmirəm, heç özüm də anlaya bilmədim.

 

- Qola inanmadın?
- Bir anlıq inandım, sonra tərəddüd etdim. Amma hamı sevindi və mən də fikirləşdim ki, qoldur .

Xəbər xətti