Dani Kintana: "Avropada oynamağın ləzzəti elə budur" MÜSAHİBƏ

10:39 - 26 Avqust 2016

"Qarabağ" - "Göteborq" matçından sonra Ağdam təmsilçisinin futbolçusu Dani Kintana jurnalistlərin suallarını cavablandırıb.

 

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Oyunla bağlı təəssüratların necədir?

- Bu oyunda da göründü ki, rəqibdən üstünük. Hesab 3:- bizim xeyrimizə başa çatdı. Məncə, çox danışmağa ehtiyac yoxdu. Çox xoşbəxtik.

 

- Qoldan sonra Aqolli səni qucaqlayıb sevinci bölüşmək istəsə də, onu aqressiv şəkildə itələdiniz…

- Aqollini çox sevirəm. Burada heç bir problem yoxdur. Həmin an ola bilsin ki, çox sevincli idim.

 

- Qrupda "Mançester Yunayted" kimi güclü kluba qarşı oynaya bilərsiz. Güclü komandalarla qarşılaşmaq istəyirsiz?

- Daha güclü klublarla qarşılaşmaq istəyərdim. Avropada oynamağın ləzzəti elə budur. Ötən il “Tottenhem” və “Monako” kimi klublara qarşı oynamışdıq və xeyli təcrübə qazandıq. Həmin oyunlar bizə çox şey qazandırdı.

Xəbər xətti